Ukrayna ağır zərbələr endirib
23 Avqust 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
367
28.03.2025, 08:50
“Tramp İran rəhbərinə iki ay vaxt verib və danışıqlara başlamağı təklif edib. ABŞ-ın İrandan əsas tələbi nüvə məsələsinin həll olunmasına nail olmaq və Yaxın Şərqdəki proksi qüvvələri maliyyələşdirməkdən vaz keçirməkdir. Bilirik ki, İran son 30-35 il ərzində Yaxın və Orta Şərqdə bir çox proksi qüvvələri dəstəkliyib və onların güclənməsi üçün milyardlar xərcləyib”.
Oxu24.com xəbər verir ki ,bu fikirləri “KONKRET.az“a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib.
“Bu proksi qüvvələr İran tərəfindən müqavimət oxu kimi də dəyərləndirilir. Bu qüvvələrdən İsrailə qarşı istifadə olunub. 2023-cü ilin oktyabrından artıq İranın proksi qüvvələrinə qarşı savaş açılıb. Bu müddət ərzində həm HƏMAS, həm də Hizbullah ciddi şəkildə zəiflədilib. Eləcə də İranın Yaxın və Orta Şərqdə əsas dəstəkçisi rolunda çıxış edən Bəşər əsəd rejimi də devrilib. Trampın mövqeyi ondan ibarətdir ki, qeyd olunan bütün proksi qüvvələr sıradan çıxarılmalıdır. Belə olan halda onlar ABŞ və İsrailin maraqlarına təhdid yaratmayacaqlar. Trampın husilərə qarşı mübarizəsi bir müddət davam edəcək. Onların tamamilə sıradan çıxarılması məsələsi mürəkkəbdir. Amma xeyli dərəcədə zəiflədə bilərlər. Çünki ABŞ-ın Yaxın və Orta Şərqdə kifayət qədər ciddi maraqları var. Ona görə də, Tramp İranın zəiflədilərək ABŞ-ın iradəsinə tabe edilməsinə çalışır. Ən azı İranda rejimi dəyişərək özünə yaxın və sözəbaxan hökumətin qurulmasında maraqlıdır”.
12:11 / 23 Avqust 2026
35
12:04 / 23 Avqust 2026
42
11:54 / 23 Avqust 2026
345
11:52 / 23 Avqust 2026
48
11:51 / 23 Avqust 2026
43
02:23 / 23 Avqust 2026
91
22:37 / 22 Avqust 2026
154
21:49 / 22 Avqust 2026
227
21:35 / 22 Avqust 2026
171
20:40 / 22 Avqust 2026
171
20:15 / 22 Avqust 2026
152
20:14 / 22 Avqust 2026
173
19:59 / 22 Avqust 2026
91
19:48 / 22 Avqust 2026
195
19:33 / 22 Avqust 2026
179
18:55 / 22 Avqust 2026
246
18:26 / 22 Avqust 2026
110
18:21 / 22 Avqust 2026
136
13:55 / 22 Avqust 2026
137
13:36 / 22 Avqust 2026
858
13:34 / 22 Avqust 2026
125
13:31 / 22 Avqust 2026
128
12:55 / 22 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.