Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
23 Avqust 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
431
20.03.2025, 22:47
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, ABŞ səlahiyyətliləri, Amerika tərəfinin fikrincə, İran neftinin nəqli və Çində emalı ilə əlaqəli olan 13 şirkət və səkkiz gəmiyə məhdudiyyətlər qoyub.
Sənədə əsasən, məhdudiyyətlər, xüsusən, neft emalı ilə məşğul olan Çinin “Shandong Shouguang Luqing Petrochemical” şirkəti və onun direktoru Vanq Xueqinqə şamil ediləcək. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət "təxminən yarım milyard dollara milyonlarla barrel İran nefti alıb".
Qeyd olunur ki, yeni məhdudlaşdırıcı tədbirlər xüsusilə Çin və Panamada qeydiyyatdan keçmiş dəniz nəqliyyatı ilə məşğul olan şirkətlərə də aiddir. Bu şirkətlər, Amerika tərəfinin hesab etdiyi kimi, İran neftinin nəqli ilə bağlıdır. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlərə məruz qalan gəmilər İranın enerji məhsullarının daşınması üçün istifadə olunur. Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan edilməsi deməkdir.
ABŞ-ın maliyyə naziri Scott Bessent-in vurğuladığı kimi, ABŞ İrana gəlir əldə etməyə imkan verən “maliyyə axınlarını kəsməyə sadiqdir”.
Fevralın 4-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Tehrana maksimum təzyiqini bərpa etmək üçün sərəncam imzalayıb. Sənəd, xüsusilə, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib. O, həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmaq üçün səyləri gücləndirməsini nəzərdə tutur. Tramp bununla bağlı iddia edib ki, ABŞ İranın digər ölkələrə enerji tədarükünü əngəlləmək hüququna malikdir.
İranın neft naziri Möhsün Paknejad fevralın əvvəlində deyib ki, neft ixrac edən ölkələrə qarşı birtərəfli sanksiyaların tətbiqi “neft və enerji bazarlarını açıq şəkildə destabilləşdirir və bütün dünyada enerji istehlakçılarına ciddi ziyan vurur”.
Nigar
17:31 / 23 Avqust 2026
20
17:09 / 23 Avqust 2026
33
16:36 / 23 Avqust 2026
58
16:15 / 23 Avqust 2026
79
15:59 / 23 Avqust 2026
67
15:19 / 23 Avqust 2026
89
15:04 / 23 Avqust 2026
79
14:39 / 23 Avqust 2026
65
14:20 / 23 Avqust 2026
68
14:18 / 23 Avqust 2026
66
14:09 / 23 Avqust 2026
64
14:01 / 23 Avqust 2026
98
13:56 / 23 Avqust 2026
82
13:48 / 23 Avqust 2026
72
13:43 / 23 Avqust 2026
75
13:42 / 23 Avqust 2026
116
13:35 / 23 Avqust 2026
77
13:33 / 23 Avqust 2026
93
13:06 / 23 Avqust 2026
507
12:55 / 23 Avqust 2026
254
12:49 / 23 Avqust 2026
1061
12:11 / 23 Avqust 2026
83
12:04 / 23 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.