Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
23 Avqust 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
404
20.03.2025, 20:52
Rusiyanın baş naziri Mixail Mişustin və Belarusun yeni baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Rusiya Nazirlər Kabinetinin rəhbəri Turçini Belarusun baş naziri vəzifəsinə təyin olunması münasibətilə şəxsən təbrik edib. Bundan əlavə, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın cari məsələlərinə və İttifaq dövlətində inteqrasiya qarşılıqlı fəaliyyətinə toxunublar.
“Hökumət başçıları qarşıdakı təmasların cədvəlini də müzakirə ediblər”, - mətbuat xidməti əlavə edib.
Martın 18-də Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin Moskvaya səfəri zamanı Belarus-Rusiya münasibətlərində neft və qazla bağlı həll olunmamış məsələlərin həlli barədə göstəriş verib.
Martın 13-də Putin Lukaşenko ilə danışıqlar zamanı bəyan edib ki, Rusiya ilə Belarus arasında iqtisadi sahədə hər şey ən yaxşı şəkildə inkişaf edir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 5,7% artaraq rekord həddə çatıb.
Lukaşenko bir müddət əvvəl Belarusun Rusiyanın tərkibində olması ilə bağlı açıqlama vermişdi.
Nigar
17:31 / 23 Avqust 2026
20
17:09 / 23 Avqust 2026
33
16:36 / 23 Avqust 2026
58
16:15 / 23 Avqust 2026
79
15:59 / 23 Avqust 2026
67
15:19 / 23 Avqust 2026
89
15:04 / 23 Avqust 2026
79
14:39 / 23 Avqust 2026
65
14:20 / 23 Avqust 2026
68
14:18 / 23 Avqust 2026
66
14:09 / 23 Avqust 2026
64
14:01 / 23 Avqust 2026
98
13:56 / 23 Avqust 2026
82
13:48 / 23 Avqust 2026
72
13:43 / 23 Avqust 2026
75
13:42 / 23 Avqust 2026
116
13:35 / 23 Avqust 2026
77
13:33 / 23 Avqust 2026
93
13:06 / 23 Avqust 2026
507
12:55 / 23 Avqust 2026
254
12:49 / 23 Avqust 2026
1061
12:11 / 23 Avqust 2026
83
12:04 / 23 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.