“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
341
05.03.2025, 12:59
Fransanın peyk operatoru Eutelsat, İlon Maskın Starlink terminallarının mümkün bağlanması fonunda Ukraynada əlavə internetə çıxış təmin etmək üçün Avropa hökumətləri ilə danışıqlar aparır.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” və “Financial Times” məlumat yayıb.
Şirkət bildirib ki, onun əsas obyektləri birləşdirmək üçün Ukrayna ərazisində tez bir zamanda yerləşdirilə bilən avadanlıqları var. Eutelsat sözçüsü bildirib ki, şirkət Ukraynanın peyk səylərini genişləndirməyə necə kömək edə biləcəyini Avropa İttifaqı ilə fəal şəkildə müzakirə edir.
Financial Times-ın məlumatına görə, Eutelsat-ın Avropa ölkələri ilə apardığı danışıqlara 1200 kilometr yüksəklikdə orbitdə 600-ə yaxın peykdən, həmçinin geostasionar orbitdə Eutelsat peyklərindən (təxminən 35 min kilometr yüksəklikdə) ibarət OneWeb peyk sistemindən istifadə daxildir. Bu peyklər həm Ukraynada, həm də Qara dəniz regionunda rabitəni gücləndirə bilərdi.
Eutelsat rəsmiləri bildiriblər ki, əlavə terminalların yerləşdirilməsi Avropa hökumətlərinin satınalma və infrastruktur koordinasiyası ilə bağlı qərarları nə qədər tez qəbul etməsindən asılıdır.
Eutelsat Starlink-ə rəqibdir və analitiklər deyirlər ki, Fransa şirkəti Muskın sistemini Ukraynada əvəz edə bilər. Eutelsat, Starlink ilə eyni əhatə dairəsi imkanlarını təklif etdiyini iddia edir. Şirkət həmçinin Starlink kimi Ukrayna pilotsuz təyyarələri üçün rabitə təmin edə bilər.
Fevralın sonunda Reuters bir neçə mənbəyə istinadən xəbər vermişdi ki, Kiyev və Vaşinqton arasında mineral ehtiyatlara dair razılıq əldə olunmasa, ABŞ Ukraynanı Starlink-dən kəsməyi düşünür.
Nigar
22:25 / 24 Avqust 2026
1
22:06 / 24 Avqust 2026
32
21:40 / 24 Avqust 2026
44
21:17 / 24 Avqust 2026
64
20:58 / 24 Avqust 2026
72
20:58 / 24 Avqust 2026
77
20:28 / 24 Avqust 2026
62
20:00 / 24 Avqust 2026
71
19:45 / 24 Avqust 2026
82
19:38 / 24 Avqust 2026
83
19:29 / 24 Avqust 2026
77
19:18 / 24 Avqust 2026
121
19:13 / 24 Avqust 2026
77
19:08 / 24 Avqust 2026
735
19:00 / 24 Avqust 2026
70
18:59 / 24 Avqust 2026
327
18:57 / 24 Avqust 2026
78
18:51 / 24 Avqust 2026
81
18:43 / 24 Avqust 2026
156
18:26 / 24 Avqust 2026
75
18:16 / 24 Avqust 2026
80
18:07 / 24 Avqust 2026
81
17:59 / 24 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.