ABŞ prezidenti Donald Tramp vəziyyətdən məmnundur
15 Dekabr 2025, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
461
30.01.2025, 12:26
Türkiyənin “TV100” kanalının aparıcısı Kübra Par efirdə etdiyi qeyri-etik əl hərəkətinə görə üzr istəyib.
Oxu24.com xəbər verir ki, o, canlı efirdə bununla bağlı açıqlama verib.
“Bu gün mənim üçün ağır gündür. Bir jurnalist kimi yox, ailənizin bir üzvü kimi verilişimizə üzrxahlıqla başlamaq istəyirəm. Efir bitdiyi zaman çox böyük səhv etdim. Dünən çox utandım. Canlı yayımlar zamanı çox diqqətli davranmaq məcburiyyətindəyəm, illərimi həsr etdiyim peşəmdə hər zaman bu şüurla hərəkət etməyə çalışmışam. Lakin elə bildim ki, yayımdan çıxmışıq, kamera artıq məni çəkmir”, - K.Par vurğulayıb.
Aparıcı bildirib ki, onun bu hərəkəti etməsinə səbəb rejissorla zarafatı olub: “Rejissorumuz efir bitəndən sonra bir söz dedi, onunla daha öncə mərc etmişdik. Mənim dediyim olduğu üçün ona yersiz bir hərəkət etdim. Özümə heç yaraşmayan bir davranış idi. Yəni, bu hərəkətimin dünən gedən xəbərlərlə və gündəmlə heç bir əlaqəsi yox idi. Jurnalistikanın təməl prinsiplərinə əməl etməliyik. İllərdir məni izləyirsiniz. Sizdən və bu yayımda əməyi olan bütün komanda yoldaşlarımdan səmimi qəlbdən üzr istəyirəm”.
Həmçinin oxuyun

23:51 / 15 Dekabr 2025
1
23:45 / 15 Dekabr 2025
3
23:28 / 15 Dekabr 2025
27
23:25 / 15 Dekabr 2025
22
23:21 / 15 Dekabr 2025
34
23:14 / 15 Dekabr 2025
29
23:08 / 15 Dekabr 2025
28
23:02 / 15 Dekabr 2025
35
22:54 / 15 Dekabr 2025
32
22:49 / 15 Dekabr 2025
39
22:48 / 15 Dekabr 2025
30
22:31 / 15 Dekabr 2025
54
22:27 / 15 Dekabr 2025
39
22:09 / 15 Dekabr 2025
226
21:59 / 15 Dekabr 2025
49
21:45 / 15 Dekabr 2025
71
21:10 / 15 Dekabr 2025
1542
20:54 / 15 Dekabr 2025
96
20:38 / 15 Dekabr 2025
1260
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
166
19:15 / 15 Dekabr 2025
664
18:43 / 15 Dekabr 2025
616
18:36 / 15 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.