Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
448
25.12.2024, 00:25
Misirdə üsyandan təlaşlanan və İsraillə masa arxasında oturmağa hazırlaşan Misir prezidenti Sisinin qorxusu gerçəkləşib. Belə ki, insanlar küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar.
OXU24.COM xəbər verir ki, ölkədə gərginlik 8-9 dekabr və ondan sonrakı günlərdə Suriyada Əsəd rejimin süqutunu qeyd edən nümayişlərə qadağanın qoyulması ilə başlayıb. Müxalifət qüvvələrinin Dəməşqə daxil olduğu anda Qahirənin müxtəlif yerlərində suriyalı qaçqınlar (təxminən 200 min suriyalı Misirdə qaçqın kimi yaşayır) və onlara dəstək verən Misir vətəndaşları nümayişlər keçiriblər. Aksiyada nəzarətə alınan 30 suriyalı haqqında deportasiya qərarı verilib.
Misir xalqı ölkə administrasiyasının Qəzza hadisələri ilə bağlı sərgilədiyi siyasətdən narazıdır. Qahirədə xalqın rejimə qarşı küçələrə çıxması xəbəri dünyaya əsasən sosial media vasitəsilə çatıb. Rəsmi qaynaqlar isə sosial mediada yayılan xəbərlərin yalan olduğunu və Suriyadakı hadisələri əks etdirmədiyini vurğulayırlar.
Qeyd edək ki, Suriyadakı proseslər Tehran və Tel-Əvivlə yanaşı, Misir və Ərəb Liqasına daxil olan digər ölkələr tərəfindən narahatlıqla izlənilir. Çünki Suriya olaylarının "Ərəb baharı"na yol aça biləcəyi təhlükəsi mövcuddur.
Yerli media mənbələri küçələrə çıxan insanların dözülməz hala gələn iqtisadi çətinlikləri ön planda tutan şüarlar səsləndirdiyini vurğulayır.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.