Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya gəmisi Aralıq dənizində batdı- Video

Rusiya gəmisi Aralıq dənizində batdı- Video

DÜNYA

512

24.12.2024, 12:04

Rusiyanın yük gəmisi Aralıq dənizində batıb.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Español” qəzeti yayıb. 

“Ursa Major” adlı gəmidə partlayış baş verdikdən sonra o, İspaniya və Əlcəzair arasında beynəlxalq sularda batmağa başlayıb. Bildirilib ki, 14 ekipaj üzvü xilas edilib, daha 2 nəfər isə itkin düşüb. 

Gəmi təqribən iki həftə əvvəl Sankt-Peterburqdan yola düşüb və yanvarın 22-də Vladivostok limanında olmalı idi.