Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan polisi "qanuni oğru"nu saxladı

Gürcüstan polisi     "qanuni oğru"nu          saxladı

DÜNYA

161

23.12.2024, 17:11

Gürcüstan Daxili İşlər Nazirliyi kriminal dairələrdə “Gela Tbilisi” kimi tanınan "qanuni oğru" Gela Cojuanı saxlayıb.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, o, kriminal polis əməkdaşları tərəfindən saxlanılıb.

İnternetdə Gela Cojuanın qızı, MMA döyüşçüsü Liana Cojuanı görməyə gəldiyi iddia edilən video yayılıb. Onun sərhədi necə keçdiyi və hansı sərhəd məntəqəsindən Gürcüstana daxil olduğu məlum deyil.

O, bir neçə dəfə Ukraynada da saxlanılıb. Cojuanı cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.