Rusiya dənizdə gəmiləri vurdu
23 Noyabr 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
277
12.09.2024, 16:30
Rusiya və Çin Xalq Respublikası (ÇXR) ədalətli dünya nizamı prinsiplərini müdafiə edir.
Oxu24.com xəbər verir ki, bunu Kremlin saytında dərc olunan stenoqramda Konstantinovski sarayında Çinin xarici işlər naziri Van Yi ilə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.
“Rusiya və Çin ədalətli demokratik dünya nizamı prinsiplərini birgə müdafiə edir”, - Rusiya lideri qeyd edib.
Putin izah edib ki, bu dünya nizamı ilk növbədə “beynəlxalq hüquqa, suverenliyə və bərabərliyə” əsaslanır. Dövlət başçısı əlavə edib ki, Moskva və Pekinin yanaşmasını “Qlobal Cənub ölkələrinin həmfikirləri”, eləcə də dünya əksəriyyəti dəstəkləyir.
Prezident həmçinin qeyd edib ki, Rusiya ilə Çin arasında beynəlxalq münasibətlər uzun illərdir ki, qarşılıqlı faydalı olub.
Görüş zamanı Putin həmçinin xatırladıb ki, oktyabrın 2-də Rusiya və Çin iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd edəcəklər.
Bundan əvvəl Vanq Yi Çin prezidenti Si Tszinpinin salamlarını Putinə çatdıraraq qeyd edib ki, Çin lideri oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini məmnuniyyətlə qəbul edəcək və daha da gələcək məsələləri müzakirə edəcək.
Daha əvvəl Putin Rusiya və Çinin “sözün hər mənasında” müttəfiqə çevrildiyini bildirib.
Miri
19:00 / 23 Noyabr 2026
1
18:46 / 23 Noyabr 2026
79
18:42 / 23 Noyabr 2026
61
18:35 / 23 Noyabr 2026
61
18:13 / 23 Noyabr 2026
88
18:09 / 23 Noyabr 2026
2129
17:55 / 23 Noyabr 2026
122
17:52 / 23 Noyabr 2026
84
17:46 / 23 Noyabr 2026
89
17:44 / 23 Noyabr 2026
94
17:13 / 23 Noyabr 2026
223
17:12 / 23 Noyabr 2026
126
16:57 / 23 Noyabr 2026
131
16:55 / 23 Noyabr 2026
119
16:45 / 23 Noyabr 2026
308
16:41 / 23 Noyabr 2026
123
16:33 / 23 Noyabr 2026
130
16:27 / 23 Noyabr 2026
1069
16:22 / 23 Noyabr 2026
117
16:19 / 23 Noyabr 2026
137
16:08 / 23 Noyabr 2026
143
15:55 / 23 Noyabr 2026
133
15:35 / 23 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.