ran İslam Respublikasında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan şairi Məhəmməd Şəhriyarın adını daşıyan 5 ulduzlu beynəlxalq mehmanxananın qarşısında bayrağımızın asılmasında nöqsana yol verilib.
Belə ki, bayrağımızdakı yaşıl rəng üfüqi istiqamətdə aşağıda olduğu halda yuxarıda, mavi rəng isə əksinə, aşağıda əksini tapıb. Eyni zamanda bayraq üzərindəki səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib.
Məlumat üçün bildirək ki, mehmanxananın qarşısında bir çox ölkələrin bayraqları dalğalansa da, onların asılmasında heç bir yanlışlığa yol verilməyib.
Bununla bağlı İran İslam Respublikasının ölkəmizdəki səfirliyi ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə cəhdlərimizə baxmayaraq, telefon zəngimizi cavablandıran olmadı.
Xatırladaq ki, bu islam ölkəsində bayrağımıza qarşı bu cür yanaşma birinci dəfə deyil. 2017-ci ildə Kirmanşah şəhərində sərbəst güləş üzrə keçirilən Dünya Kuboku yarışında da bayrağımız təhrif olunmuş formada təqdim edilmişdi. Hətta həmin vaxt bayrağımızdakı rənglər arasına əsassız olaraq 2 ağ zola əlavə edilmişdi
Bunun nə dərəcə də təsadüf olduğu isə istər-istəməz şübhə doğurur. Oxu24.com
ŞƏRHLƏR