Qaynar xətt:

(+99450) 247 90 86

Moldovada məmurlar dövlətə xəyanət ittihamı ilə saxlanıldı

Moldovada məmurlar dövlətə xəyanət ittihamı ilə saxlanıldı

DÜNYA

234

01.08.2024, 11:43

Moldovanın Cinayətkarlığa və Xüsusilə Mühüm İşlərə Qarşı Mübarizə üzrə Prokurorluğu (PCCOCS) ölkə parlamentində axtarışlar aparıb.

Oxu24.com xəbər verir ki, aparılan axtarışlar zamanı iki nəfər dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Onlardan biri Moldovanın maraqlarına zərər vuran məlumatları səfirlik əməkdaşına ötürüb. Digər məmur isə Moldovaya qarşı və şəxsi maraqları üçün hərəkətlərdə şübhəli bilinir.

Hər iki məmur 72 saat müddətinə həbs edilib.