Qaynar xətt:

(+99450) 247 90 86

İranda matəm elan olundu

İranda matəm elan olundu

DÜNYA

211

31.07.2024, 13:44

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən  sonra İranda 3 günlük milli matəm elan edilib.

 

Oxu24.com xəbər verir   ki, bu barədə  İran Tələbələr Xəbər Agentliyi (İSNA) İran hökumətinin mövzu ilə bağlı dərc etdiyi bəyanata yer verib.

Haniyə sui-qəsdini pisləyən bəyannamədə ölkə daxilində 3 günlük matəm elan edildiyi açıqlanıb.


Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.

İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.

İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.

Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.

 

Miri