Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! İranın paytaxtı raketlə vuruldu: Öldürülən şəxs görün kimdir

ŞOK! İranın paytaxtı raketlə vuruldu: Öldürülən şəxs görün kimdir

DÜNYA

793

31.07.2024, 11:52

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.

Oxu24.com  xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.

Agentliyin məlumatına görə, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.

07:19

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Oxu24.com  xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

 

SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul edib