Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115245
az

Macarıstan Aİ-nin Venesuela seçkiləri ilə bağlı birgə bəyanatını bloklayıb

18:2131 İyul, 2024
96
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın veto qoyması səbəbindən Venesuelada keçirilən son prezident seçkilərinin nəticələri ilə bağlı narahatlığını ifadə edən birgə bəyanat yaymaq mümkün olmayıb.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Aİ ölkələri Venesuelada keçirilən prezident seçkiləri zamanı “nöqsanlar və qanun pozuntuları” ilə bağlı narahatlıqlarını ifadə etmək niyyətində idilər. Aİ liderləri də “daha ​​çox şəffaflığa” çağırmağı planlaşdırırdılar, lakin Macarıstan rəhbərliyi belə bir bəyanata qarşı çıxdı və ona veto qoydu.

 

Nəticədə, yalnız “Eurodiplomacy”nin rəhbəri Xosep Borrell öz adından X sosial şəbəkəsində bəyanat yayaraq, seçki məntəqələrində səsvermə protokollarına daxil olmağa çağırıb.

 

Venesuelada kütləvi etirazlar iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra başlayıb. Respublikanın ən yüksək siyasi postu uğrunda 10 nəfər mübarizə aparıb, Nikolas Maduro və sağ partiyaların namizədi Edmundo Qonzales əsas namizədlər hesab edilib.

 

Nəticədə hazırkı prezident qalib gəldi, lakin müxalifət səsvermənin nəticələrini tanımaqdan imtina etdi. Üstəlik, müxalifət lideri Mariya Korina Maçado ölkə ordusunu hazırkı hakimiyyəti devirməyə çağırıb.

 

Daha əvvəl məlum olmuşdu ki, Maduro yenidən seçildikdən sonra Rusiyaya ilk səfər edənlərdən biri olacaq.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi