Qaynar xətt:

(+99450) 247 90 86

"Onun ölümü dünyanı bir az da yaxşılaşdırdı"

DÜNYA

116

31.07.2024, 10:59

HƏMAS lideri  İsmayıl Haniyənin qətli ilə bağlı İsraildən ilk açıqlama gəlib. 

Oxu24.com xəbər verir ki, İsrailin ifrat sağçı miras naziri Amihai Eliyahu "X"dakı paylaşımı ilə diqqət çəkib. 

"Haniyənin ölümü dünyanı bir az da yaxşılaşdırdı", - deyə nazir qeyd edib. 

Bildirək ki, İsrail tərəfi Haniyənin ölümündə əli olmadığını açıqlayıb.