Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Hizbullaha zərbə endirib

İsrail Hizbullaha zərbə endirib

DÜNYA

357

30.07.2024, 19:43

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda şiə Hizbullah hərəkatının on hədəfinə hücum edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

Hava və qurudan endirilən zərbələr nəticəsində İsrail Müdafiə Qüvvələri  Livanın cənubunda Hizbullahın silah anbarına, terror infrastrukturuna, hərbi obyektlərinə və atış meydançasına hücum edib.

Bundan əvvəl Al Mayadeen telekanalı İsrail ordusunun Livanın cənubundakı şiə Hizbullah hərəkatının forpostlarına hücum etmək üçün yer-yer raketlərindən istifadə etdiyini bildirmişdi. Zərbələr sərhəddəki Ayt əl-Şaab və Marun əl-Ras bölgələrindəki hərbi hədəflərə endirilib.

İsrail Müdafiə Qüvvələri həmçinin Livandan atılan pilotsuz uçuş aparatının qarşısını almaq üçün İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən istifadə edildiyini bildirib.

 

Nigar