Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb

Lavrov Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb

DÜNYA

339

26.07.2024, 13:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Laosun paytaxtı Vyantyanda Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidanın görüşü keçirilir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova öz Telegram-kanalında məlumat verib.

 

Diplomat Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin Xarici İşlər Nazirlikləri Şurasının iclası çərçivəsində keçirilən Rusiya-Türkiyə görüşünün fotosunu dərc edib.

 

RİA Novosti xəbər verir ki, danışıqların əvvəlində rusiyalı nazir Fidandan nə vaxt gəldiyini soruşub. Türkiyəli nazir deyib ki, o, cümə günü səhər gəlib.

 

Öz növbəsində, Lavrov bir gün əvvəl Moskvadan gəldiyini və artıq beş ikitərəfli və bir üçtərəfli görüş keçirməyə nail olduğunu açıqlayıb.

 

İyulun 25-də Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının tədbirlərində iştirak etmək üçün gəlib. Tədbir çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və Bruneyin ikinci xarici işlər naziri İrivan Yusof arasında görüş keçirilib.

 

Miri