Bruney sultanlığı eynicinslilərin cinsi əlaqədə olmasının qarşısını almaq üçün yeni qanun qəbul edib.
Oxu24.com ingilis mediasına istinadən xəbər verir ki, qanuna əsasən bu addımı atan şəxslər daşlanacaq. Sözügedən qayda xəyanət və təcavüz edənlərə də aiddir. Onlar küçədə ölənə qədər daşlanacaqlar.
Aprelin 3-dən qüvvəyə minəcək qanun insanların da ürəyincə olub. Eyni zamanda ölkədə oğurluğun da qarşısını almaq üçün qanunlar qəbul olunub. İlk dəfə oğurluq edən şəxsin sağ barmaqları kəsiləcək. Təkrara edilərsə ayağı da kəsiləcək. Əgər bir şəxs artıq ikinci və ya bir neçə dəfə oğurluq edirsə, dırnaqları da çıxarılacaq. Bu qanunlar azyaşlı uşaqlara da aiddir.
Bruney cənub-şərq Asiyada yerləşir. Bruney Sülh Dövləti Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malik olan yerdir. Ölkəni monarx Hassanal Bolkiah idarə edir. O, dünyanın ən varlı şəxslərindən biridir. Var-dövləti 20 milyard dollar dəyərindədir. Oxu24.com
ŞƏRHLƏR