Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10812
az

Quş qripi" ilə bağlı monitorinqin NƏTİCƏLƏRİ açıqlandı

19:0112 Mart, 2019
752
DÜNYA
  • A
Fevral ayının 25-dən martın 1-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində yüksək patogenli "quş qripi" xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib.

AQTA-dan verilən məlumata görə, agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

"Quş qripi" xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialı və qeyd edilən rayonlarda ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 240 baş müxtəlif növ ev quşunun qan nümunələri toplanaraq materiallarla birlikdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib.

Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ