FETÖ-ya qarşı əməliyyat: 4 nəfər saxlanılıb
14 Sentyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
612
06.05.2024, 17:58
Çin Prezidenti Si Cinpin Le Figaro qəzeti üçün köşə yazısında yazıb ki, Çin Fransa və bütün beynəlxalq ictimaiyyətlə birlikdə Ukrayna böhranının həlli yollarını axtarmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, “Biz ümid edirik ki, sülh və sabitlik tezliklə Avropaya qayıdacaq. Biz böhranın həlli üçün düzgün yollar tapmaq üçün Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindəyik”, - Çin lideri köşə yazısında yazıb.
O, Çinin bu böhranın səbəbkarı, tərəfi və ya iştirakçısı olmadığını, ancaq sülh yolu ilə həllin təşviqində konstruktiv rol oynadığını bildirib. O, həmçinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək, eləcə də bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək, müxtəlif tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə almaq barədə dəfələrlə etdiyi çağırışları xatırladıb. O, nüvə silahından istifadənin və nüvə müharibəsinin yolverilməzliyini vurğulayıb.
Si Cinpin bildirib ki, Çin Ukraynaya humanitar yardım edib, ÇXR-in xüsusi nümayəndəsi isə bir neçə dəfə münaqişə tərəfi olan ölkələrə səfər edib.
Bundan əvvəl Associated Press yazıb ki, Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpini Ukraynadakı münaqişənin sonunu yaxınlaşdırmaq üçün Rusiyaya təsir rıçaqlarından istifadə etməyə inandırmağa çalışacaq.
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Fransa və Çinin təkliflərini fərqli dəyərləndirir.
Nigar
20:10 / 14 Sentyabr 2026
1
19:55 / 14 Sentyabr 2026
23
19:45 / 14 Sentyabr 2026
74
19:34 / 14 Sentyabr 2026
64
19:24 / 14 Sentyabr 2026
51
19:19 / 14 Sentyabr 2026
67
19:09 / 14 Sentyabr 2026
451
19:08 / 14 Sentyabr 2026
116
18:51 / 14 Sentyabr 2026
198
18:45 / 14 Sentyabr 2026
205
18:34 / 14 Sentyabr 2026
174
18:28 / 14 Sentyabr 2026
58
18:22 / 14 Sentyabr 2026
76
18:19 / 14 Sentyabr 2026
75
18:14 / 14 Sentyabr 2026
116
18:12 / 14 Sentyabr 2026
69
18:04 / 14 Sentyabr 2026
379
17:51 / 14 Sentyabr 2026
1026
17:45 / 14 Sentyabr 2026
105
17:45 / 14 Sentyabr 2026
140
17:40 / 14 Sentyabr 2026
66
17:26 / 14 Sentyabr 2026
153
17:15 / 14 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.