Qaynar xətt:

(+99450) 247 90 86

Polşa elektrik enerjisi və qazın bahalaşması ilə bağlı xəbərdarlıq edib

Polşa elektrik enerjisi və qazın bahalaşması ilə bağlı xəbərdarlıq edib

DÜNYA

247

06.05.2024, 17:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın İqlim və Ətraf Mühit Nazirliyi istehlakçılara xəbərdarlıq edib ki, bu il iyulun 1-dən elektrik enerjisinin qiyməti 29%, təbii qazın qiyməti isə 15% arta bilər.

 

Bu barədə Oxu24.com  idarəyə istinadən xəbər verir.

 

Nazirlik bildirib  ki, tədarükçülər elektrik enerjisi və qaz üçün mövcud tarifləri aşağı salmağa razılaşarsa, belə qiymət artımı mümkün olacaq. Əks halda qiymət artımı daha ciddi olacaq.

 

Qeyd olunur ki, hazırda Polşada ev təsərrüfatları üçün elektrik enerjisi və qazın qiymətləri dondurulub.

 

Aprel ayında Ukraynada dörd yüzdən çox yaşayış məntəqəsi işıqsız qalıb. Daha sonra Ukrenergo Şərqi Avropa ölkələrindən: Rumıniya, Slovakiya, Polşa, Macarıstan və Moldovadan ümumi həcmi 13 100 MVt/saat elektrik enerjisi almağı planlaşdırırdı.

 

 

Nigar