Türkiyənin İzmir şəhərində dəhşətli hadisə baş verib. Mustafa.D adlı şəxs baldızının 5 yaşlı qızına təcavüz edib.
Oxu24.com xəbər verir ki, həmin şəxsə 10 il 5 ay həbs cəzası verilib.
Mustafa.D bacanağının həbsə girməsindən sonra baldızının tək qalmaması üçün Dilək.B-nin evinə gedib.
İddiaya görə, baldızı evdə olmadığı günlərdə onun 5 yaşlı qızına təcavüz edib. Balaca qız bu hadisəni anasına danışıb.
Dilək.B polisə müraciət edib, Mustafa.D isə ittihamları qəbul etməyib. Lakin aparılan araşdırmadan sonra Mustafa.D "uşağa cinsi istismar" ittihamı ilə həbs edilib. Oxu24.com
ŞƏRHLƏR