Bu proses olduqca tükürpədicidir.
Oxu24.com bu dəhşətli prosesi sizə təqdim edir:
İnsan öldükdən təxminən 10 dəqiqə sonra bədənində refleks adlı bir şey qalmır. Dünyasını dəyişən insanların gözləri onun yaxınları tərəfindən bağlansa belə bir müddət sonra yığılmış əzələlər açılır. Bu səbəbdən də ölən insan basdırıldığı zaman onun gözləri və ağzı açıq qalır. Ölümdən 10 saat sonra bədən sərtləşir. Lakin insan döyüş və ya dava zamanı həyatını itiribsə, onun bədəni həmin andan etibarən sərtləşir.
Ölüm anından sonra hər saatdan bir insan bədəninin temperaturu 1 dərəcə soyuyur. Bu proses kök insanlarda daha uzun müddət çəkir. 24 saat tamam olduqda isə bədən çürüməyə başlayır. İlk çürüyən orqanlar göz, beyin, mədə və bağırsaqlardır.
Dənizdə boğulan insanların cəsədləri bir müddət duzlu suda qaldığı üçün daha gec çürüyür. Ən gec çürüyən orqanlar isə ürək və böyrəklərdir. İlk çürüyən orqanlarda (mədə və bağırsaq) bakteriyalar toplaşdığı üçün meyidin qarın nahiyyəsi şişir. Bu səbəbdən də dərinin üstü yanıq formasında qızarmağa başlayır. Bədəndə toplaşan sulfid turşusu bədənin qaralmasına səbəb olur. Dərinin büzüşməsi dırnaqların uzun görünməsinə səbəb olur.
{banner_reklam}
Bəzi inanclara görə insan öldükdən bir müddətə qədər saçlar və dırnaqlar uzanmağa davam edir. Əslində isə insanın ölməsi ilə birlikdə saçların və dırnaqların inkişafı dayanır. Qəbirdən gələn səslər isə bədənin çürüməsi zamanı baş verən təbii proseslərdən biridir. Gündən-günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə isə məzarın üstündən gələ biləcək qədər səsli ola bilər.
Əzələlərin sümüklərdən tamamilə ayrılması prosesi 40-cı günə təsadüf edir. İnsanlar həmin gündə ölənin əzab-əziyyətinin azaldığını düşünürlər. Və bu günü ölən adamın 40-ı adlandırıb xeyir məqsədiylə yeməklər paylayırlar. Bakteriyalar orqanları məhv etməyə davam edərkən milçəklər də gözə və ağıza süfrələr qoyurlar. İnsan əti tamamilə məhv olana qədər onlar orada qalmağa davam edirlər.
Ölümlə bağlı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR