İstanbul-Nyu-York reysi üzrə hərəkət edən Türk Hava Yollarına (THY) məxsus “Boeing 777-300ER” tipli sərnişin təyyarəsi böyük təhlükə keçirib.
Şirkətdən “Oxu24.com”-a daxil olan məlumata görə, təyyarə enişə 45 dəqiqə qalmış havada burulğana düşüb. Pilotların böyük məharəti sayəsində təyyarəni Con Konnedi hava limanına endirə biliblər.
326 sərnişin və 18 ekipaj üzvünün olduğun təyyarədə 30 nəfər (28 sərnişin, 2 ekipaj üzvü) xəsarət alıb. Məlumatla görə, ekipaj üzvlərindən birinin ayağı qırılıb, digər xəsarət alanlarda isə kəsiklər və əzilmələr qeydə alınıb. Oxu24.com
ŞƏRHLƏR