Qaynar xətt:

(+99450) 247 90 86

Emin Ağalarov məhkəməyə müraciət edib

Emin Ağalarov məhkəməyə müraciət edib

DÜNYA

1102

09.03.2019, 12:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarov ABŞ-ın Demokratlar partiyasının Milli komitəsinin təqdim etdiyi dəqiqləşdirilmiş iddianın rədd edilməsi ilə bağlı Birləşmiş Ştatların federal məhkəməsində vəsatət qaldırıb.
Dəqiqləşdirilmiş iddiada Ağalarovlar ABŞ prezident seçkiləri dövründə partiyaya aid kompüter sistemlərinə müdaxilə və elektron məlumatların talan edilməsi məqsədi güdən əlbirlikdə iştirak etməkdə ittiham olunurlar.
Bu haqda Rusiyanın hüquq və məhkəmə informasiya agentliyi (RAPSİ) məlumat yayıb. Ağalarovlarla yanaşı analoji tələblə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, Trampın müşavirləri olmuş Rocer Stoun, Corc Papadopulos, həmçinin WikiLeaks portalı və Trampın seçki qərargahı məhkəməyə müraciət edib. ABŞ-ın Demokratlar partiyası 2018-ci ilin aprel ayında Nyu-Yorkun Cənub dairəsinin federal məhkəməsində “seçkilər prosesinə müdaxilə” ilə bağlı iddia qaldırıb. Həmin ilin oktyabr ayında isə dəqiqləşmiş iddia irəli sürüb. Ağalarovlar bundan əvvəl dekabr ayında məhkəmədə vəsatət qaldıraraq, iddiaya baxılmamasını tələb etmişdi.   Onların ərizəsinə əsasən, ABŞ-ın “Korrupsiyaya qurşanmış və mütəşəkkil cinayətkar qruplaşmaların təsiri altında olan təşkilatlar” (RİKO) haqda qanununun müəyyən tələbləri yerinə yetirilməyib. Ağalarovlar xüsusi olaraq qeyd ediblər ki, Demokratlar partiyasının milli komitəsində onların fəaliyyəti ilə “seçkilərə müdaxilə ilə bağlı əlbirlik” arasında əlaqənin olduğuna dair hər hansı sübut yoxdur. Həmçinin onların bu “əlbirlik haqda” məlumatlı olduğu və ya ona hər hansı şəkildə cəlb olunduğuna dair arqumentin göstərilmədiyi deyilir. Ağalarovlar əmin edir ki, irəli sürülən ittiham yalnız onların Rusiyada yaşaması faktına və Donald Tramp və onun seçki qərargahının nümayəndələri ilə olan təmaslarına əsaslanır. Söhbət 2016-cı ilin iyun ayında “Tramp tauer” göydələnində keçirilən görüşdən, həmçinin 2016-cı il noyabr seçkilərindən sonra Emin Ağalarovun, Donald Trampın oğlu ilə yaxın münasibətdə olmasından gedir. Ancaq Ağalarovların ərizəsinə əsasən, iddiaçı tərəf qeyd olunan münasibətlərlə iddia olunan haker hücumu və ya RİKO-nun qadağan etdiyi fəaliyyət arasında hər hansı əlaqəni göstərə bilməyib. Həmçinin iddiaçılar Ağalarovların fəaliyyətinin ABŞ demokratlar partiyasına hər hansı şəkildə xələl gətirdiyinə dair heç bir fakt təqdim etməyib. Bu ilin yanvar ayında Demokratlar partiyasının milli komitəsi iddia ərizəsinə düzəlişlər etdiyindən, Araz və Emin Ağalarov və digər cavabdeh tərəflər məhkəməyə yeni vəsatətlə müraciət edib. Qeyd olunur ki, Ağalarovlara qarşı ikinci, yenilənmiş ərizədə ümumilikdə doqquz iddia irəli sürülür (onlardan yeddisi birinci ərizədə də var idi). İddaçılar həmçinin əmin edir ki, Ağalarovlar 2013-cü ildə “Miss Kainat” müsaqbiqəsinin keçirilməsi ilə bağlı Trampla Moskvada görüşüb. Görüşdə onların Rusiya paytaxtında müəyyən tikinti layihələrini müzakirə etdiyi iddia olunur. Yeni iki müddəda, 2016-cı ilin noyabr ayında Ağalarovlar və Tramp arasında “sıx əlaqələr”in olduğu və seçkilərin yekunlaşmasından sonra jurnalist Rob Qoldstounun Trampın rusiyalı vəkil Natalya Viselnitskaya ilə görüşünün təşkili məsələsi ilə məşğul olduğu qeyd olunur.
Baş nazirdən YENİ QƏRAR

16:25 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazirdən YENİ QƏRAR

103

0
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

16:21 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

98

0
“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

16:09 / 24 Noyabr 2026

DÜNYA DÜNYA

“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

111

0
FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

16:07 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

102

0
Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

129

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

116

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

147

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

996

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

437

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

108

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

145

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

132

0