Qaynar xətt:

(+99450) 247 90 86

İsrail HƏMAS-ın kökünü kəsməyə hazırlaşır

İsrail HƏMAS-ın kökünü kəsməyə hazırlaşır

DÜNYA

289

22.04.2024, 21:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail hərbçiləri HƏMAS qüvvələrini son qalada - Qəzza zolağının cənubundakı Rəfah şəhərində məhv etməyə hazırlaşır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Amerikanın “Wall Street Journal” nəşri yazır.


Nəşr qeyd edir ki, son günlər İsrail Hərbi Hava Qüvvələri Rəfahdakı hədəflərə intensiv zərbələr endirir və eyni zamanda quru əməliyyatına hazırlıq gedir.

 

İsrailin planları barədə məlumat verən Misir rəsmilərinin bildirdiyinə görə, mülki əhalinin Rafahdan yaxınlıqdakı Xan Yunis və digər ərazilərə köçürülməsi üçün hazırlıqlar gedir. Döyüşlərin ən azı altı həftə davam edəcəyi gözlənilir.

 

WSJ qeyd edir ki, eyni zamanda, Birləşmiş Ştatlar Rəfahda genişmiqyaslı əməliyyat keçirmək planına yenidən baxılması üçün İsrailə təzyiq göstərir.

 

Bu, bir çox mülki vətəndaşın döyüşlərin qurbanı ola biləcəyi qorxusu ilə bağlıdır.

 

Lakin İsrail hakimiyyəti Rəfahda yerləşən HƏMAS-ın dörd batalyonunu məhv etmək üçün belə bir əməliyyat keçirməkdə qərarlıdır. Əməliyyatın məqsədi həm də şəhərdəki HƏMAS liderlərini məhv etmək olacaq.

 

Nigar