Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
15 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
224
22.04.2024, 17:28
Baş Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərə qısamüddətli mühafizə orderinin verilməsi qaydası barədə məlumat açıqlayıb.
Qurumdan Oxu24.com-a daxil olan məlumatda bildirilib ki, məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi xarakterli) törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlərin əks olunduğu sənəd (akt) mühafizə orderi adlanır.
Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
1. məişət zorakılığının təkrar törədilməsi;
2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması;
3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Qısamüddətli mühafizə orderinin verilməsi
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
Yerli icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
10:59 / 16 Sentyabr 2026
4
10:58 / 16 Sentyabr 2026
5
10:45 / 16 Sentyabr 2026
25
10:43 / 16 Sentyabr 2026
50
10:39 / 16 Sentyabr 2026
35
10:35 / 16 Sentyabr 2026
38
10:12 / 16 Sentyabr 2026
80
09:55 / 16 Sentyabr 2026
59
09:33 / 16 Sentyabr 2026
80
09:31 / 16 Sentyabr 2026
69
05:25 / 16 Sentyabr 2026
98
05:23 / 16 Sentyabr 2026
156
05:21 / 16 Sentyabr 2026
522
01:42 / 16 Sentyabr 2026
234
00:03 / 16 Sentyabr 2026
179
23:59 / 15 Sentyabr 2026
94
23:36 / 15 Sentyabr 2026
418
23:35 / 15 Sentyabr 2026
171
23:34 / 15 Sentyabr 2026
332
23:25 / 15 Sentyabr 2026
79
23:19 / 15 Sentyabr 2026
273
23:01 / 15 Sentyabr 2026
1087
23:00 / 15 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.