Qaynar xətt:

(+99450) 247 90 86

Miqrantlar Londonda yaşamağa getməyəcəklər

Miqrantlar Londonda yaşamağa getməyəcəklər

DÜNYA

277

22.04.2024, 16:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyadan Ruandaya qeyri-qanuni miqrantların göndərilməsi üçün uçuşlar iyulun ortalarında başlayacaq.

 

Oxu24.com  xəbər  verir  ki, bu etimadı Böyük Britaniyanın Baş naziri Rişi Sunak keçirdiyi mətbuat konfransında bildirib.


“İlk reys 10-12 həftəyə uçacaq, əlbəttə ki, bu, bizim istədiyimizdən gecdir, lakin biz həmişə açıq şəkildə bildirmişik ki, bütün prosedurlar vaxt aparacaq”. 

 

O, gecikmələri Britaniya Parlamentinin Lordlar Palatasındakı (yuxarı palata) müxalif Leyboristlər Partiyasının nümayəndələri ilə əlaqələndirib və onlar artıq qanun layihəsinə bir neçə dəfə düzəlişlər əlavə edərək, onu İcmalar Palatasına (aşağı palata) qaytarıblar.

 

Məsələ ilə bağlı növbəti qanunvericilik səsverməsi bazar ertəsinə təyin edilib və Sunak vəd edib ki, qanun layihəsinin qəbulu üçün lazım olan müddətdə deputatlar çərşənbə axşamı gecə parlamentdə olacaqlar.

 

Nigar