Qaynar xətt:

(+99450) 247 90 86

Bayden buna görə tətilini yarıda qoydu

Bayden buna görə tətilini yarıda qoydu

DÜNYA

401

13.04.2024, 23:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“ABŞ Prezidenti Co Bayden tətilini yarımçıq qoyub Ağ Evin Milli Təhlükəsizlik Şurası ilə birlikdə Yaxın Şərqdə baş verənləri yaxından izləyir”.

Bu barədə Ağ Ev yazılı açıqlama yayıb.

Məlumata görə, Bayden Delaverdəki həftə sonu tətilini qısaldacaq və ABŞ yerli vaxtıyla bu gün günortadan sonra paytaxta qayıdacaq:

“Prezident Yaxın Şərqdəki hadisələrlə bağlı milli təhlükəsizlik komandası ilə məsləhətləşmələr aparmaq üçün bu gün günortadan sonra Ağ Evə qayıdır”.

Qeyd edək ki, Bayden daha əvvəl verdiyi açıqlamada İranın mümkün hücumuna qarşı İsraili hər mənada dəstəkləyəcəklərini bildirmişdi.