Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
27 Noyabr 2026, 19:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
406
08.04.2024, 19:18
Ukrayna Ali Radasının Müdafiə Komitəsi öz iclasında səfərbərlik haqqında qanun layihəsinə baxılmasını başa çatdırmayıb, məsələ növbəti günə təxirə salınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Strana.ua Radanın deputatı Yaroslav Jeleznyak-a istinadən məlumat yayıb.
Ali Rada qanun layihəsinə aprelin 10-da baxmağa başlamalıdır və bu məsələ ilə bağlı yekun səsvermə artıq aprelin 11-nə təyin edilib.
Aprelin 5-də Ukraynanın baş naziri Denis Şmıqal Ukrayna Silahlı Qüvvələri sıralarına 500 min nəfərin səfərbər edilməsi ilə bağlı ilkin planların ixtisar edildiyini bildirib, lakin konkret məlumat verməyib.
Onun sözlərinə görə, səfərbərlik planlarının yumşaldılmasına səbəb ali baş komandanın dəyişdirilməsi, Ukrayna Silahlı Qüvvələrinin auditi və cəbhə xəttində rotasiya olub.
Ukraynanın səfərbərlik haqqında qanun layihəsi dekabrın 26-da dərc edilib və o vaxtdan bəri ona minlərlə düzəliş və şərhlər edilib.
Sənəddə nəzərdə tutulur ki, hərbi xidmətə cəlb olunmuş şəxslərin reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, avtomobil idarə etmək, öz vəsaitlərindən istifadə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri - pasport və beynəlxalq pasportları tərtib etmək hüququnu itirəcəklər.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri bəyan etmişdi ki, Ukraynada səfərbərlik zamanı “oturmaq” mümkün olmayacaq.
Nigar
20:10 / 27 Noyabr 2026
43
20:08 / 27 Noyabr 2026
110
19:58 / 27 Noyabr 2026
52
19:54 / 27 Noyabr 2026
70
19:49 / 27 Noyabr 2026
56
19:42 / 27 Noyabr 2026
66
19:38 / 27 Noyabr 2026
80
19:34 / 27 Noyabr 2026
328
19:26 / 27 Noyabr 2026
106
19:22 / 27 Noyabr 2026
85
19:09 / 27 Noyabr 2026
329
19:00 / 27 Noyabr 2026
79
18:45 / 27 Noyabr 2026
144
18:33 / 27 Noyabr 2026
115
18:25 / 27 Noyabr 2026
109
18:15 / 27 Noyabr 2026
122
18:08 / 27 Noyabr 2026
151
17:58 / 27 Noyabr 2026
133
17:30 / 27 Noyabr 2026
352
17:26 / 27 Noyabr 2026
162
17:07 / 27 Noyabr 2026
142
16:57 / 27 Noyabr 2026
138
16:38 / 27 Noyabr 2026
658
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.