Qaynar xətt:

(+99450) 247 90 86

Litva Ukrayna üçün minlərlə pilotsuz təyyarə alacaq

Litva Ukrayna üçün minlərlə pilotsuz təyyarə alacaq

DÜNYA

357

05.04.2024, 18:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litvanın baş naziri İnqrida Simonyte  Ukrayna üçün pilotsuz uçuş aparatlarının  böyük partiyanın satın alındığını açıqlayıb.

 

 Oxu24.com  xəbər  verir  ki,  bu barədə yerli “Delfi” qəzeti öz Telegram kanalında Baltikyanı respublikanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

 

"Litva Ukrayna üçün təxminən 3 min pilotsuz təyyarə alacaq", - Simonyte bildirib.

 

 

Baş nazirin məlumatına görə, yaxın gələcəkdə Müdafiə Nazirliyinin xətti ilə 2 milyon avro dəyərində 3 minə yaxın əlavə yerli istehsal olan FPV pilotsuz uçan aparat alınacaq.

 

 

"Ümid edirik ki, onlar bu il cəbhəyə təhvil veriləcək", deyə  Simonyte bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə (AFU) dəstək məqsədilə ölkədə xüsusi reabilitasiya proqramı hazırlanır.

 

Yanvar ayında Litva Seyminin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Laurinas Kaçiunas Ukrayna pilotsuz təyyarələrinin istehsalını Litvaya köçürməyi təklif etmişdi.

 

Litva prezidenti bir müddət əvvəl NATO-da Ukraynaya qoşun göndərilməsinin tərəfdarı olduğunu açıqlamışdı.

 

Nigar