Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Avropanın ən böyük təlimlərinə başladı

ABŞ Avropanın ən böyük təlimlərinə başladı

DÜNYA

333

05.04.2024, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cümə günü, aprelin 5-də ABŞ Ordusu rəsmi olaraq Avropanın ən böyük Müdafiəçisi 24 təlimini keçirməyə başlayıb.


Oxu24.com  xəbər  verir   ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder bildirib ki, təlim mayın 31-dək davam edəcək.

 

Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində təhdidlərə cavab verməyi məşq edəcəklər.

 

"Bu gün biz tədbirin keçirilməsi üçün avadanlıqla yüklənmiş döyüş gəmilərini göndərməklə ABŞ Ordusunun Avropadakı ən böyük Müdafiəsi 24 təliminin rəsmi başlanğıcını qeyd edirik",-  deyə Rayder  bildirib.

 

Təlimlərdə NATO-nun 20-dən çox ölkəsi və tərəfdaşlarından 40 mindən çox hərbçi iştirak edəcək.

 

“Müdafiəçi 24” məşqi strateji yerləşdirməyə, qarşılıqlı fəaliyyətə və döyüş hazırlığına nail olmaq, eyni zamanda potensial düşmənlərin qarşısını almaq və ittifaqı gücləndirmək üçün səylər göstərəcək”, – Pentaqonun sözçüsü əlavə edib.

 

Miri