Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! İsrail müharibəyə başladı

TƏCİLİ! İsrail müharibəyə başladı

CƏMİYYƏT

610

07.10.2023, 13:04

İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağından məlumat yayılıb. 12:30
Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. “Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə yerində yaralılar var. 11:50 İsrail ordusu “Dəmir qılınclar” adı altında antiterror əməliyyatına başladığını elan edib. “Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb. “HƏMAS”ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Aksa” əməliyyatının gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.