Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada nənə və baba 11 aylıq nəvələrini sobada yandırıb

Rusiyada nənə və baba 11 aylıq nəvələrini sobada yandırıb

DÜNYA

777

30.01.2019, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.
Hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan qohumlar qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.
Hazırda şübhəlilər saxlanılıb, hadisənin səbəbləri araşdırılır. Müstəntiqlər tərəfindən “Azyaşlının ölümü” maddəsi ilə cinayət işi başlanılıb.