Qaynar xətt:

(+99450) 247 90 86

Zabit Əliyev sükan arxasında keçindi

Zabit Əliyev sükan arxasında keçindi

KRİMİNAL

785

13.12.2018, 14:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Aznews.az-ın məlumatına görə, 1961-ci il təvəllüdlü Zabit Əliyev Salamzadə küçəsində avtomobilini idarə edərkən qəfildən ürəyi dayanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
İlkin müayinələr zamanı məlum olub ki, Z.Əliyev ürək çatışmazlığından vəfat edib. Həmçinin dünyasını dəyişən şəxs əvvəl ürəklə bağlı əməliyyat da keçirib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.