Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
01 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
01.04.2022, 18:46
7 il erməni əsirliyində qalan Şahbaz Quliyev bu gün Prezident Administrasiyası qarşısında etiraz edib.
"Hamam Times" etirazdan görüntüləri paylaşıb.
Ş. Quliyev bildirir ki, ona nə veteranlıq, nə əlillik, nə də pensiya verilir:
“Bir il yarımdır mən burada it zülmü çəkirəm. Bir balamı qoyub getmişəm. 7 il ermənidə əsirlikdə “yatmışam”, bugünkü gündə mənə qulaq asan yoxdur. Mən evdə qalmışam yetim kimi. Nə pensiya verirlər, nə veteranlığımı verirlər, nə də əlilliyimi. 200 dənə məktub yazmışam, 200 dəfə müraciət eləmişəm. Nə Müdafiə Nazirliyi, nə də o biri qəbul eləmir. Səbəb odur ki, cənab Prezident dediyini heç kim etmir. Mənim işığımı, qazımı kəsirlər, niyə? Nə etmişəm? Erməniyə güllə atmışam ona görə? Mən 7 il Azərbaycanı gözləmişəm ki, cənab Prezident məni azad edəcək”.
O qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi ona süpürgəçi işi təklif edib:
"Dedilər ki, “gəlin arvadlar süpürəcək, siz də lapetə yükləyəcəksiniz, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül iş ancaq budur"".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, Şahbaz Quliyev hər hansı polis orqanında saxlanılmayıb:
"Müvafiq polis idarəsinə dəvət olunaraq dinlənilib, aidiyyəti üzrə yönləndirilib. Onun saxlanılması barəsində hansısa hüquqi icraat tədbiri tətbiq olunmayıb".

11:09 / 01 Noyabr 2026
1
11:03 / 01 Noyabr 2026
22
11:01 / 01 Noyabr 2026
28
11:00 / 01 Noyabr 2026
30
10:07 / 01 Noyabr 2026
7
09:05 / 01 Noyabr 2026
10
23:55 / 31 Oktyabr 2026
3129
23:52 / 31 Oktyabr 2026
423
23:44 / 31 Oktyabr 2026
623
23:22 / 31 Oktyabr 2026
142
22:59 / 31 Oktyabr 2026
300
22:32 / 31 Oktyabr 2026
2376
22:31 / 31 Oktyabr 2026
209
21:19 / 31 Oktyabr 2026
157
21:09 / 31 Oktyabr 2026
157
20:59 / 31 Oktyabr 2026
4789
20:51 / 31 Oktyabr 2026
304
20:46 / 31 Oktyabr 2026
171
20:37 / 31 Oktyabr 2026
154
20:33 / 31 Oktyabr 2026
205
20:25 / 31 Oktyabr 2026
127
19:58 / 31 Oktyabr 2026
524
19:44 / 31 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.