Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
01 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
581
01.04.2022, 17:00
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənlinin cümə xütbəsi zamanı xoşagəlməz hadisə yaşanıb.
OXU24.COM.com xəbər verir ki, məsələ ilə bağlı Hacı Şahinin "qafqazinfo"ya danışıb. O, qeyd edib ki, xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başlayıb: “Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirib”.
Xatırladaq ki, bundan əvvəl xütbənin canlı yayımı zamanı təxribat baş verdiyi haqda məlumat yayılmışdı. Hacı Şahin xütbə zamanı məsələyə belə münasibət bildirmişdi: “Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Lakin xütbə zamanı nəyəsə bu şəkildə fikir bildirmək yanlışdır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs ərazi üzrə müvafiq polis bölməsinə dəvət edilib, hazırda araşdırma aparılır.
11:09 / 01 Noyabr 2026
1
11:03 / 01 Noyabr 2026
22
11:01 / 01 Noyabr 2026
28
11:00 / 01 Noyabr 2026
30
10:07 / 01 Noyabr 2026
7
09:05 / 01 Noyabr 2026
10
23:55 / 31 Oktyabr 2026
3129
23:52 / 31 Oktyabr 2026
423
23:44 / 31 Oktyabr 2026
623
23:22 / 31 Oktyabr 2026
142
22:59 / 31 Oktyabr 2026
300
22:32 / 31 Oktyabr 2026
2376
22:31 / 31 Oktyabr 2026
209
21:19 / 31 Oktyabr 2026
157
21:09 / 31 Oktyabr 2026
157
20:59 / 31 Oktyabr 2026
4789
20:51 / 31 Oktyabr 2026
304
20:46 / 31 Oktyabr 2026
171
20:37 / 31 Oktyabr 2026
154
20:33 / 31 Oktyabr 2026
205
20:25 / 31 Oktyabr 2026
127
19:58 / 31 Oktyabr 2026
524
19:44 / 31 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.