Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
01 Noyabr 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
982
31.03.2022, 18:53
Azərbaycanda kim daha çox psixoloqa müraciət edir, qadınlar, yoxsa kişilər?
OXU24.COM xəbər verir ki, belə bir sualla bizim.media iki ünlü psixoloqla fikir mübadiləsi aparıb. Son zamanların statistikası göstərir ki, cəmiyyətdə psxoloji sarsıntı artıb. Bunun müxtəlif qaynaq səbəbləri var. Azərbaycan cəmiyyətində qadınlar dərdini rahat danışan olsa da kişilərə bunu şamil etmək olmaz.
Belə olan halda bəs, nə baş verir?
"Falçılara üz tutmaqdansa, psixoloqa müraciət etmək, normal şəxsiyyətə xas addımdır", - deyən psixoloq Samirə Bağırova bildirib ki, əvvəllki zamanla müqayisədə artıq bəylər də psixoloqa müraciət etməyə başlayıblar: "Müsbət bir haldır ki, insanlar dərk etməyə başlayıblar ki, psixoloqa yalnız dəlilər deyil, normal, sivil insanlar da müraciət edə bilər. Ümumiyyətlə, yanlış düşüncəyə sahib insanlardan, yanlış məsləhətlər almaqdansa, yaxud narahat durumda olarkən falçılara üz tutmaqdansa, psixoloqa müraciət etmək lazımdır. Normal şəxsiyyət kimi inkişaf etmiş insan duyğuları ilə, özü ilə baş etməyi psixoloqdan öyrənir və bu işdə də ona professional baxımdan yardımçı ola biləcək şəxs tək psixoloqdur".
Samirə xanım bildirir ki, psixoloqa gedən yol sağlam düşünmək məqsədi ilə seçilən yoldur. Həyata, özünə, çevrəyə baxış acısını dəyişməkdə yalnız peşəkar psixoloq kömək edə bilər:
"İstər kişi olsun, istərsə qadın, yəni önəmli olan cinsiyyət məsələsi deyil duyğulardır. Qadınlarda olduğu kimi, kişilər də təbii ki, eyni duyğulara sahibdirlər. Onların da ürəyi, emosiyaları, baş edə bilib ya bilmədikləri, zəif və güclü tərəfləri vardır. Sadəcə onların işi bir az daha çətindir.
Xanımlar daha emosional, hiss etdiklərini, yaşadıqlarını danışmağa meyillidirlər. Bəylər isə xanımlara nisbətən emosiyalarını nəzarətdə saxlamağı bacarırlar, hətta özlərini hissləri boğmağa məcbur edirlər və bu da çox zaman təsirsiz ötüşmür.
Zamanla əsəbilik, yuxu pozuntusu, gizli depressiya, takıntılar, cinsi zəiflik və s. kimi bir sıra psixoloji problemlər ortaya çıxmış olur. Yaşından asılı olmayaraq hər kəsin mütləq yaşadıqları bir şeylər var. Psixologiya isə bizim ruh aləmimiz, əhval- ruhiyyəmizdir. Ruhu sağlam olanın isə həmişə hüzuru olur".
Qadın və kişilərin psixoloqa müraciətləri 70/30 nisbətindədir. Psixoloq Ayşən Orucova çıxış edib. Bildirib ki, son illlərdə kişilərin müraciətlərində nisbətən artım olsa da, bu qadınları üstələyəcək səviyyədə deyil: "Öz təcrübəmdə müşahidə edirəm ki, müraciət edənlərin əksəriyyəti qadınlar olur. Psixoloji sağlamlıq baxımdan qadınların fərqindəliyi və özlərini yaxşılaşdırmaq və inkişaf etdirmək cəhdi daha yüksəkdir. İstər şəxsi inkişaf, ailə-məişət mövzuları istərsə də digər psixoloji narahatlıqlar daha diqqətli yanaşıb müraciət edirlər.
Kişilər isə azlıq təşkil edir. Kişilər daha çox 30 yaşa qədər şəxsi inkişaf və psixoloji narahatlıqlar üçün, 30 yaş sonrası isə ailədaxili və şəxsi münasibət mövzusunda müraciətlər olur. Ümumən isə öncəki illərə nəzərən insanlar daha çox psixoloji dəstək almağa meyillidir", - deyə Ayşən Orucova fikrini tamamlayıb.
12:12 / 01 Noyabr 2026
30
12:03 / 01 Noyabr 2026
274
11:35 / 01 Noyabr 2026
43
11:09 / 01 Noyabr 2026
272
11:03 / 01 Noyabr 2026
124
11:01 / 01 Noyabr 2026
82
11:00 / 01 Noyabr 2026
68
10:07 / 01 Noyabr 2026
116
09:05 / 01 Noyabr 2026
74
23:55 / 31 Oktyabr 2026
3703
23:52 / 31 Oktyabr 2026
467
23:44 / 31 Oktyabr 2026
652
23:22 / 31 Oktyabr 2026
150
22:59 / 31 Oktyabr 2026
319
22:32 / 31 Oktyabr 2026
2512
22:31 / 31 Oktyabr 2026
215
21:19 / 31 Oktyabr 2026
160
21:09 / 31 Oktyabr 2026
158
20:59 / 31 Oktyabr 2026
5401
20:51 / 31 Oktyabr 2026
315
20:46 / 31 Oktyabr 2026
176
20:37 / 31 Oktyabr 2026
159
20:33 / 31 Oktyabr 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.