Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda qapıya əşya ilişdi, qatar 9 dəqiqə gecikdi

Bakı metrosunda qapıya əşya ilişdi, qatar 9 dəqiqə gecikdi

CƏMİYYƏT

492

30.03.2022, 22:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı metrosunda problem yaranıb.

OXU24.COM xəbər verir ki, bu barədə "Bakı metropoliteni” məlumat yayıb.


Bildirilib ki, "Dərnəgül” stansiyasında qatarın maşinist kabinasında idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə işə müvafiq işarəvermə siqnalı düşüb:

"Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb.

Maşinist maneəni aradan qaldırıb və kabinasında idarəetmə panelində hər şey qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Nəticədə iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb”.