Media və Yayım Şurası BƏYANAT YAYDI
01 Noyabr 2026, 14:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
638
29.03.2022, 21:53
Digər xarakterik simptomlara aşağıdakılar daxildir:
Dinləndirici olmayan yuxu
Yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər
Yatılı və ya oturaq vəziyyətdən ayaqüstə qalxarkən artan başgicəllənmə
.jpg)
Əlamətləri
Xroniki yorğunluq sindromunun simptomları insandan insana dəyişir və həmçinin simptomların şiddəti də gündən-günə dəyişir. Simptomlar aşağıdakılardır:
Hər zaman özünü son dərəcə yorğun hiss etmək-gündəlik işləri görmək belə çox çətin ola bilər.
Yaddaş və konsentrasiya ilə bağlı problemlər
İstirahətdən və ya yatdıqdan sonra da yorğunluq hissinin keçməməsi
Fiziki fəaliyyətdən sonra enerjini bərpa etmək üçün uzun müddət lazım olur
Gecə tez-tez oyanmaq kimi yuxu problemləri
Həmçinin bəzi insanlarda digər simptomlar da ola bilər:
Boğaz ağrısı
Baş ağrıları
Boyunda və qoltuqaltında böyümüş limfa düyünləri
Səbəbsiz əzələ və oynaq ağrıları
Qripə bənzər simptomlar
Başgicəllənmə və ya xəstələnmə
Sürətli və ya nizamsız ürək döyüntüləri (ürək çırpıntıları)

Səbəbləri
Xroniki yorğunluq sindromunun səbəbi hələ də məlum deyil. Bəzi insanlar bu pozğunluğa meylli doğula bilər və bu da sonra amillər bir araya gəlincə tətiklənə bilər. Tətikləyicilərə aşağıdakılar daxildir:
Viral infeksiyalar: Bəzi insanlar virus infeksiyası keçirdikdın sonra xroniki yorğunluq sindromu inkişaf etdiyinə görə tədqiqatçılar bəzi virusların bu sindromu tətiklədiyini düşünürlər. Şübhəli viruslara Epişteyn-Bar virusu, İnsan Herpes virusu 6 aiddir. Hələlik isə tam əlaqə tapılmayıb.
İmmun sistemin problemləri: Xroniki yorğunluq sindromu olan insanların immun sistemləri bir qədər zəifləmiş kimi görünür, lakin bunun sindroma səbəb olub-olmaması tam bəlli deyil.
Hormonal dizbalans: Xroniki yorğunluq sindromu olan insanlarda bəzən hipotalamus, hipofiz və böyrəküstü vəzilərdə istehsal olunan hormonların qanda səviyyələri normal olmur. Ancaq bu anormallıqların əhəmiyyəti hələ də bilinmir.
Fiziki və psixi travmalar: Bəzi insanlar simptomları başlamadan qısa müddət əvvəl bir yaralanma, əməliyyat və ya önəmli bir psixi stress yaşadıqlarını bildirirlər.


Müalicə
Müalicə simptomları aradan qaldırmaq məqsədi daşıyır. Müalicəyə daxildir:
Koqnitiv davranış terapiyası
enerjinin idarə edilməsi-burada sizə simptomlarınızı daha da pisləşdirmədən malik olduğunuz enerjidən ən yaxşı şəkildə necə istifadə etmək barədə məsləhətlər verilir.
Ağrı və yuxu problemleri kimi simptomları aradan qaldırmaq üçün dərmanlar.
14:19 / 01 Noyabr 2026
79
12:12 / 01 Noyabr 2026
122
12:03 / 01 Noyabr 2026
619
11:35 / 01 Noyabr 2026
124
11:09 / 01 Noyabr 2026
1838
11:03 / 01 Noyabr 2026
312
11:01 / 01 Noyabr 2026
117
11:00 / 01 Noyabr 2026
97
10:07 / 01 Noyabr 2026
387
09:05 / 01 Noyabr 2026
124
23:55 / 31 Oktyabr 2026
5114
23:52 / 31 Oktyabr 2026
498
23:44 / 31 Oktyabr 2026
706
23:22 / 31 Oktyabr 2026
162
22:59 / 31 Oktyabr 2026
356
22:32 / 31 Oktyabr 2026
2734
22:31 / 31 Oktyabr 2026
234
21:19 / 31 Oktyabr 2026
171
21:09 / 31 Oktyabr 2026
171
20:59 / 31 Oktyabr 2026
6369
20:51 / 31 Oktyabr 2026
334
20:46 / 31 Oktyabr 2026
185
20:37 / 31 Oktyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.