Media və Yayım Şurası BƏYANAT YAYDI
01 Noyabr 2026, 14:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
29.03.2022, 19:33
Sürücülərin ən çox istifadə etdiyi yolda hər gün tıxac yaşanır. Paytaxtın Babək prospekti və Yusif Səfərov küçəsindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücülər xüsusən axşam saatlarında tıxacda qalırlar. 6-7 zolaqlı yol irəlidə daralır. Üstəlik bəzi sürücülərin bir-birinin yoluna girməsi də hərəkətin intensivliyini azaldır. İllərdir davam edən bu problem niyə həll edilmir ? Əməkdaşımız Ömər Xıdırov bu problemin həlli yollarını araşdırıb.
Hər gün minlərlə avtomobil bu yolda tıxacda qalır.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bəzən yollardan biri bağlanır, digər küçədən gələn avtomobillərə üstünlük verilir. Lakin bu da ərazidəki tıxacı azaltmır.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki,bu yollarda tıxacın yaranmasının əsas səbəbi ərazidə körpülərin tikintisi zamanı gələcək planların nəzərə alınmaması ilə bağlıdır.
Elməddin Muradlı qeyd edir ki,təkliflərdən biri Babək prospektindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücüləri Keşlə qəsəbəsindən bu prospektə istiqamətləndirməklə bağlıdır.Çünki Keşlə qəsəbəsindən prospektə doğru alternativ yol hazırda istifadədir.
Elməddin Muradlının sözlərinə görə, Heydər Əliyev prospeki və metronun "Gənclik" stansiyası istiqamətinə gedərkən, əsas üstünlüyü Yusif Səfərov küçəsi ilə hərəkət edən sürücülərə verirlər. Nəticədə Babək prospektində uzun tıxaclar yaranır.
Bakı Nəqliyyat Agentliyindən isə ''Xəzər Xəbər''ə bildirildi ki,ərazidə müşahidə olunan problemlər yolun darlığından əmələ gələn qum saatı effekti və vaxtı ilə layihələndirmə zamanı yol verilən səhvlərdir.Qeyd olunan məsələnin həlli ilə bağlı Bakı şəhərinin baş planında Babək prospektinin Heydər Əliyev və Ziya Bünyadov prospektləri ilə əlaqələndirən alternativ dəhlizlərin açılması təklif edilib.
14:19 / 01 Noyabr 2026
79
12:12 / 01 Noyabr 2026
122
12:03 / 01 Noyabr 2026
619
11:35 / 01 Noyabr 2026
124
11:09 / 01 Noyabr 2026
1838
11:03 / 01 Noyabr 2026
312
11:01 / 01 Noyabr 2026
117
11:00 / 01 Noyabr 2026
97
10:07 / 01 Noyabr 2026
387
09:05 / 01 Noyabr 2026
124
23:55 / 31 Oktyabr 2026
5114
23:52 / 31 Oktyabr 2026
498
23:44 / 31 Oktyabr 2026
706
23:22 / 31 Oktyabr 2026
162
22:59 / 31 Oktyabr 2026
356
22:32 / 31 Oktyabr 2026
2734
22:31 / 31 Oktyabr 2026
234
21:19 / 31 Oktyabr 2026
171
21:09 / 31 Oktyabr 2026
171
20:59 / 31 Oktyabr 2026
6369
20:51 / 31 Oktyabr 2026
334
20:46 / 31 Oktyabr 2026
185
20:37 / 31 Oktyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.