"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır
03 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
03.03.2022, 20:07
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfdaşları Ukraynanın hava məkanını bağlamağa çağırıb.
OXU24.COM "Report"a istinadən xəbər verir ki, bu barədə XİN başçısı Ukrayna telekanalının yayımında söyləyib.
"Biz NATO-dakı tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə qaçınacağınızı istədiyiniz qədər fikirləşə bilərsiniz, amma indi onu dayandırmağa yardım etməsəniz, birbaşa toqquşma qaçılmaz olacaq, çünki siz növbəti olacaqsınız", - D.Kuleba bildirib
Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcəyinə inananlar xatırlamalıdırlar ki, onlar da Kremlin Ukrayna ilə birbaşa müharibəyə başlamaq planlarına inanmırdılar:
"Və hamı yanıldı. Ona görə də biz dərhal hərəkətə keçməliyik".
O vurğulayıb ki, Ukrayna üzərində səmanın bağlanması mövzusu son dərəcə aktualdır və müxtəlif ssenarilər mövcuddur. Məsələn, bütün hava məkanını deyil, bir hissəsini bağlamaq olar, səmanı bağlaya bilməzsiniz, ancaq Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələri və zenit müdafiə sistemlərinin təchizatını təmin edə bilərsiniz.
"Hazırda bütün ssenarilər üzərində iş gedir. Amma hamı başa düşməlidir və biz bunu tərəfdaşlarımıza açıq şəkildə deyirik: "Etdiyiniz hər şeyə görə sizə minnətdarıq... Amma indi konkret təhlükə var ki, vətəndaşlarımız havadan öldürməyə davam edəcəklər... Ona görə də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün radikal addımlar atmasanız, o zaman ölən vətəndaşlarımızın qanı sizin də əlinizdə olacaq. Sizin təmkinliliyiniz və növbəti addımları atmaq istəməməyiniz - bütün bunlar Rusiyaya cəzasız adam öldürməyə davam etmək imkanı verir", - XİN rəhbəri vurğulayıb.
17:10 / 03 Noyabr 2026
61
16:56 / 03 Noyabr 2026
89
16:51 / 03 Noyabr 2026
160
16:43 / 03 Noyabr 2026
81
16:35 / 03 Noyabr 2026
164
16:31 / 03 Noyabr 2026
127
16:23 / 03 Noyabr 2026
529
16:21 / 03 Noyabr 2026
136
16:13 / 03 Noyabr 2026
130
16:01 / 03 Noyabr 2026
212
15:55 / 03 Noyabr 2026
157
15:52 / 03 Noyabr 2026
83
15:20 / 03 Noyabr 2026
132
15:05 / 03 Noyabr 2026
135
14:50 / 03 Noyabr 2026
145
14:50 / 03 Noyabr 2026
154
14:30 / 03 Noyabr 2026
219
14:24 / 03 Noyabr 2026
268
14:21 / 03 Noyabr 2026
254
14:15 / 03 Noyabr 2026
164
13:53 / 03 Noyabr 2026
139
13:49 / 03 Noyabr 2026
170
13:37 / 03 Noyabr 2026
583
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.