Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov müavinini vəzifəsindən azad etdi - FOTO

Kəmaləddin Heydərov müavinini vəzifəsindən azad etdi - FOTO

CƏMİYYƏT

481

21.01.2022, 19:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Oxu 24.com xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb. Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.
Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevadan isə mövqe öyrənmək mümkün olmayıb.