Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
05 Noyabr 2026, 13:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
536
19.01.2022, 18:16
Koronavirusun "Omikron" ştammı yüksək yoluxuculuğa, müxtəlif simptomlara və qısa inkubasiya dövrünə malikdir.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə infeksiyanın yeni variantına yoluxan rusiyalı reanimatoloq Mixail Çuyko özünün sosial şəbəkə hesabından bildirib.
Onun sözlərinə görə, koronovirusun yeni ştammı tamamilə fərqlidir.
"Simptomlar başqadır, xəstəlik fərqli formada keçir, ümumiyyətlə, əvvəlki variantlardan o qədər fərqlidir ki, test olmasa koronovirus olduğunu düşünmək belə çətindir", - deyə Çuyko bildirib.
Mütəxəssisin dediyinə görə, omikronun 1-3 günlük qısa inkubasiya dövrü var.
"Xəstəlik burun axması ilə başlayır, nadir hallarda öskürək olur (adətən sağalma mərhələsində). Əksər hallarda qoxu itkisi müşahidə olunmur, lakin laringit yaranır, səs dəyişir. Temperatur müddəti çox da uzun deyil - 2-3, hətta bəzən 1 gün. Peyvənd olunanların böyük əksəriyyətinin temperaturu 38 dərəcədən çox olmur (məndə də elədir) və ya ümumiyyətlə hərarət yüksəlmir", - deyə reanimatoloq izah etdi.
Onun sözlərinə görə, "Omikron" ştammının müxtəlif simptomları var.
"Eyni ailədə insanlar müxtəlif yollarla xəstələnə bilərlər. Bunun nədən asılı olduğu hələ başa düşülmür", - deyə həkim əlavə edib.
"Omikron"un yüksək yoluxuculuğunu nəzərə alaraq, Çuyko hesab edir ki, əhalinin əksəriyyəti yaxın gələcəkdə yeni ştama yoluxacaq.
13:02 / 05 Noyabr 2026
37
13:00 / 05 Noyabr 2026
49
12:56 / 05 Noyabr 2026
51
12:51 / 05 Noyabr 2026
53
12:41 / 05 Noyabr 2026
197
12:40 / 05 Noyabr 2026
68
12:39 / 05 Noyabr 2026
64
12:36 / 05 Noyabr 2026
93
12:27 / 05 Noyabr 2026
369
12:26 / 05 Noyabr 2026
69
12:16 / 05 Noyabr 2026
323
12:14 / 05 Noyabr 2026
71
12:11 / 05 Noyabr 2026
69
12:00 / 05 Noyabr 2026
75
11:48 / 05 Noyabr 2026
95
11:46 / 05 Noyabr 2026
95
11:42 / 05 Noyabr 2026
121
11:34 / 05 Noyabr 2026
472
11:32 / 05 Noyabr 2026
227
11:29 / 05 Noyabr 2026
308
11:21 / 05 Noyabr 2026
292
11:16 / 05 Noyabr 2026
181
11:07 / 05 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.