Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63982
az

Maşında gedərkən niyə ürəyimiz bulanır? - Qarşısını almaq üçün məsləhətlər

00:3119 Yanvar, 2022
408
  • A
Bu bir çox insanın başına gələn bir haldır. Xüsusilə uzaq yolu avtomobillə qət edərkən mədə bulantısı və baş gicəllənməsi hər kəsi narahat edir. Bəs bunun səbəbi nədir? Medicina.az bildirir ki, statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% sözügedən problemdən əziyyət çəkir. Bu hal əsasən maşında, avtobusda, qatarda, bəzən də təyyarədə səyahət edərkən yaranır. Nəqliyyat vasitələrində kitab oxuyarkən, telefona və.s baxarkən daha da şiddətlənir. Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan insana dəyişir. Bildiyimiz kimi bədən tarazlığının saxlanılması üçün gözlər və daxili qulaqdan mərkəzi sinir sisteminə müəyyən siqnallar göndərilir. Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində mərkəzi sinir sistemi beyinə səhv məlumatlar ötürür. Bir çox insana bu, genetik kodlarla ötürülür. Məsələn, anada varsa gələcək övladları da bu problemlə qarşılaşırlar. Bütün bunlarla yanaşı yola çıxmazdan 1 gün əvvəl, uzun səyahətlər zamanı isə 1 həftə əvvəl meditasiya və ya yoqa ilə məşğul olmaq məsləhət bilinir. Maşınla yol gedərkən sözgedən əlamətlər büruzə verməsin deyə müxtəlif dərman vasitələrindən istifadə olunur. İlkin olaraq çarə kimi görünən bu üsulun təsiri keçən kimi analoji hal davam edir. Halbuki daha sadə üsullarla səyahətimiz daha xoş olar. Səyahətimizin kabusa çevrilməsinin qarşısını almaq üçün bir neçə sadə və hər kəsin edə biləcəyi vasitələr var. ilkin olaraq səyahətdən əvvəl çox yağlı yeməklərdən uzaq durmaq məsləhət görülür. Lakin tamamilə ac qalmaq da düzgün deyil. Avtomobilin daha stabil, yəni az hərəkətli, yellənməyən oturacaqlarında əyləşin. Qəhvə və duzlu qidalardan, o cümlədən siqaretdən uzaq durun. Bu vasitə də sizin mədə bulantınızın qarşısını alınacaq. Ən sadə üsul isə olduğunuz minik vasitəsinin pəncərəsini endirib hava almağınızdır. Alimlər qeyd edir ki, səyahət zamanı mümkün qədər stabil bir nöqtəyə baxın. Ən optimal üsul isə nanəli saqqızdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı