Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Təhsil Nazirliyi qərar verdi: Müddət uzadıldı

SON DƏQİQƏ! Təhsil Nazirliyi qərar verdi: Müddət uzadıldı

CƏMİYYƏT

1357

18.01.2022, 18:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb.

Bu barədə Oxu24.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib: "Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.

Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq".

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

İynəsiz, dərmansız OSTEOXONDROZ xəstəliyindən qurtulun - MÜALİCƏ ÜSULU