Bu fond ləğv edilir
05 Noyabr 2026, 14:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
450
17.01.2022, 23:12
Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.
Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.
Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

14:08 / 05 Noyabr 2026
1
14:01 / 05 Noyabr 2026
30
13:48 / 05 Noyabr 2026
110
13:41 / 05 Noyabr 2026
73
13:20 / 05 Noyabr 2026
115
13:12 / 05 Noyabr 2026
138
13:02 / 05 Noyabr 2026
254
13:00 / 05 Noyabr 2026
158
12:56 / 05 Noyabr 2026
103
12:51 / 05 Noyabr 2026
102
12:41 / 05 Noyabr 2026
349
12:40 / 05 Noyabr 2026
107
12:39 / 05 Noyabr 2026
96
12:36 / 05 Noyabr 2026
152
12:27 / 05 Noyabr 2026
512
12:26 / 05 Noyabr 2026
94
12:16 / 05 Noyabr 2026
633
12:14 / 05 Noyabr 2026
92
12:11 / 05 Noyabr 2026
91
12:00 / 05 Noyabr 2026
96
11:48 / 05 Noyabr 2026
120
11:46 / 05 Noyabr 2026
120
11:42 / 05 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.