Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərin də maaşı artırıldı - Baş nazirdən qərar

Bu şəxslərin də maaşı artırıldı - Baş nazirdən qərar

CƏMİYYƏT

520

18.01.2022, 08:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarda dəyişiklik edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.

Dəyişikliklə bağlı yeni redaksiyada təsdiq edilib:

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.