“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - DOSYE
09 Noyabr 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
981
25.11.2021, 19:35
“Nağdsız hesablaşmalar haqqında” Qanuna təklif olunan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaq.
Oxu24.com xəbər verir ki, hazırda növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə baxılmaqdadır.
Qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:
- Pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər;
- Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;
- İxtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
- “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qeyd edilən dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsi ilə bağlı vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət bildirməyi zəruri hesab edir.
Qeyd edilməlidir ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları vardır:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;
- ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.
Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub ki, vətəndaşlar nağdsız hesablaşmaları POS-terminallar, elektron ticarət platformaları, internet bankinq xidmətləri, mobil applikasiyalar, ödəniş terminalları vasitəsilə, həmçinin birbaşa nağd qaydada satıcının bank hesabına və ya bank hesabından satıcının bank hesabına köçürməklə həyata keçirmək imkanına malikdirlər.
Eyni zamanda, hazırda ölkə ərazisində pərakəndə ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcəkdir. Belə ki, qanunvericiliyə əsasən istehlakçıya qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 %-ni, nağd qaydada ödənilmiş ƏDV-nin 10 %-ni təşkil edir. Eyni zamanda qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər.
15:00 / 09 Noyabr 2026
1
14:58 / 09 Noyabr 2026
12
14:55 / 09 Noyabr 2026
26
14:42 / 09 Noyabr 2026
60
14:37 / 09 Noyabr 2026
60
14:29 / 09 Noyabr 2026
150
14:22 / 09 Noyabr 2026
148
14:17 / 09 Noyabr 2026
80
14:06 / 09 Noyabr 2026
780
14:04 / 09 Noyabr 2026
102
13:44 / 09 Noyabr 2026
667
13:21 / 09 Noyabr 2026
120
13:11 / 09 Noyabr 2026
315
12:57 / 09 Noyabr 2026
1564
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
224
12:27 / 09 Noyabr 2026
180
12:15 / 09 Noyabr 2026
347
12:03 / 09 Noyabr 2026
1329
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
265
11:43 / 09 Noyabr 2026
146
11:37 / 09 Noyabr 2026
320
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.