Bu məktəblərlə bağlı XƏBƏRDARLIQ:Hansı qərar GÖZLƏNİLİR?
09 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
398
24.11.2021, 21:10
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov tutulub. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib.
İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər - qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
15:34 / 09 Noyabr 2026
1
15:23 / 09 Noyabr 2026
38
15:13 / 09 Noyabr 2026
66
15:05 / 09 Noyabr 2026
223
15:00 / 09 Noyabr 2026
94
14:58 / 09 Noyabr 2026
75
14:55 / 09 Noyabr 2026
88
14:42 / 09 Noyabr 2026
82
14:37 / 09 Noyabr 2026
77
14:29 / 09 Noyabr 2026
262
14:22 / 09 Noyabr 2026
203
14:17 / 09 Noyabr 2026
96
14:06 / 09 Noyabr 2026
1019
14:04 / 09 Noyabr 2026
119
13:44 / 09 Noyabr 2026
827
13:21 / 09 Noyabr 2026
131
13:11 / 09 Noyabr 2026
357
12:57 / 09 Noyabr 2026
1812
12:55 / 09 Noyabr 2026
128
12:40 / 09 Noyabr 2026
240
12:27 / 09 Noyabr 2026
195
12:15 / 09 Noyabr 2026
404
12:03 / 09 Noyabr 2026
1413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.